You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İşə "cənazə avtobusu" ilə gedən sərnişinlər
Rusiyanın Omsk şəhərində bir özəl şirkətin istifadə etdiyi avtobuslar o qədər də rahat deyil. Nəqliyyat şirkəti burada cənazə maşınlarını avtobuslara çevirərək istifadəyə verir.
Omskdakı dayanacaqlarda gözləyən sərnişinlər avtobusa mindikdən sonra avtomobilin kənarlarında üz-üzə yerləşən oturacaq cərgələrindən başqa arxada da gözə çarpmayan qapını olduğunu görə bilər.
Superomsk.ru-nun xəbərinə əsasən bunun səbəbi özəl şirkətlərin köhnə cənazə maşınlarını alıb avtobusa çevirmələridir.
Rusiyanın VKontake sosial şəbəkəsində bu qeyri-adi avtobuslar barədə çox sayda şərhlər olub.