You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda insan haqlarına dair hesabat BMT-yə təqdim olunub
Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının 61-ci sessiyasına hesabat təqdim olunub.
Hesabatı BMT yanında xüsusi məşvərətçi statusuna malik və İsveçrədə mənzillənən İnsan Haqları İnstitutu hazırlayıb.
Azərbaycanlı jurnalist Emin Hüseynovun icraçı direktoru olduğu İnsan Haqları İnstitutunun hesabatında Azərbaycan hökumətinin 2024-2025-ci illərdə vətəndaş cəmiyyətinə qarşı təzyiqləri "görünməmiş səviyyədə artırdığı" qeyd edilib.
Azərbaycan bu hesabata münasibət bildirməyib, amma hökumət ölkədə insan haqlarının vəziyyətini tənqid edən hesabatları qəbul etmir və bunu qərəzli sayır.