You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Macarıstan: Baş nazir Viktor Orban seçkilərdə məğlubiyyətini etiraf edib
Macarıstan Baş naziri Viktor Orban 16 illik hakimiyyətdən sonra seçkilərdə məğlubiyyətini etiraf edib.
"Seçkilərin nəticəsi aydın və ağrılıdır", Viktor Orban tərəfdarları qarşısında çıxışında deyib.
Səslərin üçdə ikisi sayıldıqdan sonra məlum olub ki, müxalifət qələbə qazanmaq yolunda irəliləyir. Belə davam edərsə, Peter Magyar ölkənin yeni baş naziri olacaq və onun partiyası parlamentdə böyük səs çoxluğu qazanacaq.
Orbanın keçmiş müttəfiqi və ən sərt tənqidçisi olan Magyar Avropa İttifaqı ilə daha sıx əlaqələr və korrupsiyaya qarşı mübarizə vəd edib.
BBC-nin Mərkəzi Avropa müxbiri yazır ki, siyasi səhnədə nisbətən yeni olan Magyar heyrətamiz bir qələbə qazanıb.
Macarıstan və Avropanın gələcəyi üçün həlledici hesab edilən bu seçkilərdə rekord sayda seçici iştirakı olub.
Peter Magyar Facebook-da yazıb ki, "Viktor Orban mənə zəng etdi və qələbə münasibətilə təbrik etdi."
Budapeştdən BBC redaktoru Paul Kirby yazır ki, Peter Magyar ilk vəzifəsini - seçkilərdə qalib gəlməyi - yerinə yetirib, lakin o, Viktor Orbanın Fidesz hökumətinin 16 ili ərzində Macarıstan cəmiyyətini bürümüş qohumbazlıq və korrupsiya sistemini tərsinə çevirmək istəyirsə, o zaman Macarıstan parlamentindəki yerlərin üçdə ikisini qazanmalıdır.