Hicab barədə "qərar icra edilməlidir, vəssalam" - deputat Hikmət Babaoğlu

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
BBC News Azərbaycancaya danışan hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Hikmət Babaoğlu məktəblərdə yeni geyim qaydalarının tətbiqi və bunun hicablı şagird və müəllimlərə təsiri ilə bağlı sualları cavablandırıb.
Hikmət Babaoğlu hicabla bağlı ayrıca qadağanın olmadığını deyib və əlavə edib ki, "qəbul edilmiş qanun, qəbul edilmiş qərar icra edilməlidir, vəssalam".
Azərbaycan məktəblərində tətbiq edilən yeni geyim qaydalarında hicabın adı birbaşa qeyd olunmur. Bununla belə, paytaxt Bakı və müxtəlif bölgələrdən gələn xəbərlər görə, bəzi məktəblərdə hicablı şagird və müəllimlərin dərslərə buraxılmaması iddia olunur.
16 oktyabr tarixinə kimi Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı ölkə üzrə vahid və ətraflı izahat yayımlamayıb. Nazirlik rəsmiləri də hicablı şagird və müəllimlərə dair qaydaların necə tətbiq olunmalı olduğu barədə ayrıca açıqlama verməyiblər.
Rəsmi qurumlar məktəblərdə hicabın xüsusi olaraq qadağan edilib-edilmədiyi barədə suala birbaşa cavab vermir, daha çox vahid məktəbli formasının tətbiq olunduğunu vurğulayırlar.
Video açılmırsa, Youtube kanalımızda izləyin.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube



















