Dan Bilzerian Ermənistanda: internet məşhurunun səyahəti sosial mediada qalmaqal yaradıb

Şəklin mənbəyi, Kevin C. Cox/ Getty Images
Erməni əsilli ABŞ-lı qumarbaz və internet məşhuru Dan Bilzerian-ın Ermənistana və Qarabağa səfəri sosial şəbəkələrdə həm alqışlara, həm də sərt tənqidlərə səbəb olub.
Dan Bilzerian vaxtilə peşəkar poker oyunçusu, daha sonra isə yarımçılpaq qadınlar, bahalı maşınlar və əyləncəli şəkilləri ilə internetdə yaratdığı obrazı ilə məşhurlaşıb.
Bu həftə, o, kiçik qardaşı Adam və atası Paul ilə Ermənistana səfər edərək Ermənistan vətəndaşlığını qəbul edib və daha sonra Qarabağa səfər edərək, silah atışı məşqi meydanında atəş açıb.
Lakin eyni zamanda Ermənistan Hərbi Qüvvələrinə də qoşulan Bilzerianın ölkəyə gəlişi Ermənistanda nəinki alqışlar, həm də tənqidlərlə də qarşılanıb.
Ondan şikayətlənənlərin bəziləri, "fitnəkar şəkillərilə" populyarlıq qazanan Bilzerian-ın səfərinin arxasında duran məqsədin yalnız öz populyarlığını artırmaq olduğunu iddia ediblər.
Lakin Ermənistanın İqtisadi İnkişaf və Yatırım nazirliyinin mətbuat katibi Anna Ohanyan Twitter-də Dan Bilzerianın səfərini alqışlayanlardan biri olub:
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
Cənab Bilzerianın səfəri barədə xəbərləri paylaşan mətbuat katibi həmçinin Dan Bilzerian-la tanınmamış etnik-ermənilərin idarə etdiyi Dağlıq Qarabağ-ın insan haqları üzrə Ombudsmanı ilə görüşü xəbərini də yayıb:
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
"Mən bunun baş verəcəyini gözləyirdim @danbilzerian #Qarabağ-dadır və indicə @NKR_Ombudsman-la görüşüb. Azərbaycan mediasında səfeh məqalələri gözləyirik".
Lakin Ombudsman Ruben Melikyanın öz Facebook səhifəsində Bilzerianla şəklini paylaşdığı şərhinə münasibət bildirən Ermənistanın Diaspora nazirinin müavini Babken Der Qriqoryan "bu qadınlara düşmən olan şəxslə şəkil çəkmək qürurverici deyil" deyib.
Bu isə mübahisəli şərhlər ilə nəticələnib:
Ruben Melikyan: "Nə olar öz Demokrat- Respublikaçı düşmənçiliyini Ermənistan məsələlərinə qarışdırma. Mən onun tərəfdarı deyiləm, lakin o, ABŞ-Erməni əlaqələrində mühüm maarifləndirici rol oynaya bilər. Ümid edirəm ki, sən və sənin nazirliyin Qarabağa eyni səviyyədə populyarlığa sahib olan birini dəvət edə biləcəksiniz. Mən bunu bacaracağınıza əminəm."
Babken Der Qriqoryan: "Ruben can, bunun Amerikada Respublikaçı-Demokrat düşmənçiliyilə əlaqəsi yoxdur. Mən onun siyasəti barədə danışmıram, mən onun qadınlara göstərdiyi hörmətsizlikdən... danışıram. Mən tövsiyə edirəm ki, sən kiminlə şəkil çəkdiyini araşdırasan. Mənim nazirliyim heç vaxt bu cür insan haqları pozan və əhalinin 50 faizinə həqiqi təhlükə yaradan birini buraya gətirməzdi."
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Bilzerianın səfərinə "biz əhəmiyyətsiz insanların bu cür kloun hərəkətlərinə münasibət bildirmirik" cavabını paylaşan Twitter istifadəçisi Ani Wandaryan isə deyib ki, "İlk dəfədir ki, @HikmatHajiyev və mən eyni fikirdəyik - Dan Bilzerian bir kloundur".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 3
Ermənistan və Cənubi Qafqaz üzrə təhlilçi və Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosyan Facebook-da paylaşdığı və 121 dəfə paylaşılan şərhində Dan Bilzerianın səfərini tənqid edib:
"Mən çox səmimi olduğuma və Dan Bilzerianın səfərini alqışlayanların xətrinə dəydiyimə görə üzr istəyriəm, amma bu tərbiyyəsiz 38 yaşlı, [atasının hesabına] zəngin olan uşaq, səviyyəsizliyin iyrənc nümunəsidir...
Bizim səhvimiz Erməni əsilli olan hər kəsi avtomatik olaraq qonaqlıqla qarşılamağı borc bilməkdir və bu misalda, rüsvayçı bir şəxsi genlərinə görə yox, səiyyəsinə görə qiymətləndirməməyimizdir."
#qiyamətgünü
Lakin bəlkə də reaksiyaların əksəriyyəti, bu xəbərin doğru olub-olmadığından şübhələnənlər və ya bunun həqiqət olduğunu öyrənəndə şoka düşənlər olub.
".Dan Bilzerian #Ermənistan vətəndaşı olub - dünyanın sonu artıq yaxınlaşır #qiyamətgünü #johngaltkimdir" - Ermənistanın İnternet İdarəçilik Şurasının üzvü Samvel Martirosyan Twitter-də yazıb.
@seduh adlı istifadəçi isə "Dan Bilzerian Ermənistandadır...gərək hamımız özümüzə öldürək, ya da..." yazıb:
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 4
Facebook-da LADbible səhifəsi isə, Bilzerian-ın səfəri barədə xəbəri paylaşaraq qeyd edib ki, "Onun həyatın daha da inanılmaz olmayacağını düşündüyünüz anı [bu baş verir]. Bu dəlilikdir".





















