Telefonun yaddaşından: sizin göndərdiyiniz şəkillər

Çap edildi

BBC Azərbaycanca, izləyicilərin bizə göndərdiyi telefonla çəkilmiş şəkilləri dərc etməyə davam edir.

Bu dəfə izləyicilərimiz telefonun yaddaşından Azərbaycan və dünyanın digər bölgələrində çəkdikləri şəkilləri bizə göndəriblər.

Yunis Hüseyn bu qoyunların şəklini telefonu ilə, 2015-ci ilin oktyabr ayında, Şəmkir rayonunda çəkdiyini deyir.

Keçən il Lənkəran şəhəri Palıdlı sahilində çəkilmiş fotonun müəllifi, izləyicimiz Arzu Cəmilovadır.

Bu isə Bayram Məmmədovun telefonunun yaddaşından bir görüntü. Müəllif bu fotonu Bakıda çəkib.

"Kopenhagen, Danimarka. Nyhavn bölgəsində rəngli evlər, evlərin qarşısında köhnə taxta qayıqlar şəhərə xüsusi gözəllik verir," Gülər Mehdizadə deyir.

Yardımlı, Zovin kəndi. Şəklin müəllifi Kamal Bayramov.

Lazer Səfərəliyev adlı izləyicimizin dediyinə görə, 2010-cu ildə Dubayda gördüyü bu mənzərədə Günəşin böyüklüyü onun diqqətini çəkib.

Bakı, 28 May Dəmiryol Vağzalı. Mustafa Mirzoyev.

Thornton Abbey, İngiltərə. Müəllif, Reina Mamedova.

Təranə Abbasova bizə göndərdiyi bu fotonu 2014-cü ildə, Türkiyənin Fethiye şəhərində çəkib.

Almaniyanın Mainz şəhəri. Waleh adlı izləyicimiz fotonu 2016-cı ilin mart ayında çəkdiyini deyir.

<bold>Həmçinin baxın</bold>: <link type="page"><caption> İngiltərə telefonun yaddaşında</caption><url href="http://www.bbc.com/azeri/blogs/2016/03/160303_phone_photos" platform="highweb"/></link>