Telefonun yaddaşından şəkillər

Çap edildi

İzləyicilərimiz müxtəlif vaxtlarda və yerlərdə telefonla çəkdikləri şəkilləri BBC Azərbaycancaya göndəriblər.

Qatar. Ələkbər Möhsünzadə bu şəkli Lənkəranda çəkib.

Avstriyanın Hallstatt kəndindən telefonla çəkdiyi bu şəkli isə bizə Asif Qasımzadə göndərib. Şəkil 2015-ci ilin may ayında çəkilib.

Türkiyənin Alanya şəhəri. Müəllif Aytən Babayeva.

Tural bu fotonu Qəbələdə çəkdiyini deyir.

Elçin Ağayev 2015-ci ilin avqust ayında Almaniyanın Düsseldorf şəhərində telefonla çəkdiyi bu şəkli bizə göndərib.

"Gördüm iş yerinin qabağında "Genclik" avtobusu dayanıb. Özümü bir anlıq Bakıda hiss elədim," yenə də Almaniyada, Hamburg şəhərində çəkdiyi bu şəkli bizə göndərən Emin Əliyev deyir.

Rusiya, Tver şəhəri. Müəllif Eldəniz Qasımov.

Kanadanın Vancouver şəhərində yerləşən Stanley Park. Bu şəkli bizə Russell Crowe adlı Facebook istifadəçisi göndərib.

Millennium Bridge, London. Müəllif Sevinc Nəbiyeva.

Şahnaz Həsənova bu fotonu Polşanın paytaxtı Varşavada çəkib.

<bold>Həmçinin baxın</bold>: <link type="page"><caption> İngiltərə telefonun yaddaşında</caption><url href="http://www.bbc.com/azeri/blogs/2016/03/160303_phone_photos" platform="highweb"/></link>