Azərbaycan Türkiyədən yarım milyardlıq silah alır

Videonun alt yazısı, Azərbaycan Türkiyədən yarım milyardlıq silah alır
Azərbaycan Türkiyədən yarım milyardlıq silah alır
Çap edildi

Azərbaycan Türkiyədən təxminən yarım milyard dollarlıq silah-sursat alır.

Bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün X platformasında yazıb.

O yazıb ki, iki ölkə arasında imzalanan müqavilələrin ümumi dəyəri 500 milyon dolları keçir. Bu da təxminən 850 milyon manat edir.

Alınan silahlardan ən çox diqqət çəkənlərdən biri Barbaros sahil müdafiə sistemidir.

Onun Azərbaycanın Xəzər dənizi sahillərinin qorunmasında istifadə olunacağı gözlənilir.