“Azərbaycanın nəyi güclənib? Məmurlar?” sosial media şərhləri
Prezident İlham Əliyevin neftin azalması ilə bağlı açıqlamaları sosial mediada müzakirələrə səbəb olub.
"Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. ...və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var", - ölkə rəhbəri deyib.
İlham Əliyev bunu sentyabrın 22-də keçirdiyi dağ-mədən və metallurgiya sənayesinin inkişafı müşavirədə səsləndirib.
O, ölkədə iqtisadi artımın zəifliyini neft hasilatının azalmasında görür. Amma dövlət başçısı qeyri-neft sektorunun daha da inkişaf edəcəyinə ümid edir.
Sosial şəbəkələrdə istifadəçilər bu fikirlərə müxtəlif reaksiyalar veriblər.
Kamran Pirməmmədli adlı istifadəçi yazıb: "Rüşvət, korrupsiyanı yığışdırmaq , ədalətli məhkəmə sistemi qurmaq lazımdır, bundan sonra qeyri-neft sektoru arta bilər".
Rustem Rzayev adlı istifadəçi isə sual edib: "300 milyard dollar pul xərclənib regional inkişaf planına. Hanı o regional inkişaf?"
qurbanovasedaqet955 adlı sosial media istifadəçisi yazır: "Çox pis oldu. Yene nefti yeyirdiler. İndi bizim qanımıza susayacaqlar".
Sənan Nəsibov -un şərhi belədir: "Bəs onda niyə bahalı tədbirlər keçirirlər, o tədbirlərə xərclənən pulllari zavoda və firmaların inkişafına və dünyanın iqtisadi təşkilatlara qoşulmasına sərf etmək olar".
Digər istifadəçi Samir Qəniyev isə ölkənin iqtisadi vəziyyətini tənqid edərək yazıb:
"Azərbaycanın nəyi güclənib? Məmurlar? Artıq neft tükənib, amma Azərbaycan iqtisadiyyatı məhv olmaq dərəcəsindədir. İllər ərzində xalq insan kimi yaşamaq nədi bunu görmədi".
Sosial mediada Nik adı "Deut" olan istifadəçi yazıb: "Hanı o qeyri-neft sektoru? Bunu xalq niyə görmür? Hansı şəhərdən havaya qara tüstü çıxır? Yəni zavod-fabrik tikilir, işləyir?"



