You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şuşaya gedən yeni yolun ödənişli edilməsi narazılıq yaradıb
Şuşaya gedən yeni yolun ödənişli edilməsi narazılıq yaradıb
Şuşaya aparan yeni avtomobil yolunun ödənişli edilməsi narazılıq yaradıb.
Nazirlər Kabinetinin qərar verib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolunun böyük bir hissəsi ödənişli olsun.
Şuşaya ödənişsiz başqa bir yolla - "Zəfər yolu" ilə də getmək mümkündür. Ancaq bu yol daha uzundur.
Ödənişli yol "Zəfər yolu"ndan təxminən 20 kilometr qısadır və sürət həddi daha yüksəkdir.
Bundan başqa, ödənişli yol birinci dərəcəli sayılır, ödənişsiz yolun texniki dərəcəsi isə ikinci və üçüncüdür.