Azərbaycanda işsizlik: Şikayətlər çoxalır

Azərbaycanda işsizlik: Şikayətlər çoxalır

Rəsmi statistikaya görə, ölkədə məşğulluq proqramları həyata keçirilir. Amma iş imkanları əsasən Bakıda və iri şəhərlərdə cəmlənib. Regionlarda isə seçimlər, deyilənə görə, məhduddur.

Son illər Qarabağ və Şərqi Zəngəzurda da tikinti işləri artıb, ancaq bu heç də ölkənin hər yerini əhatə etmir, yenə də iş üçün əhalinin başqa bölgəyə getməsini tələb edir.

Statistika Komitəsinin məlumatına görə, cəmi bir ay ərzində muzdla işləyənlərin sayı 26 min nəfər azalıb. Yəni bu qədər insan rəsmi işini itirib.

Eyni dövrdə işsiz kimi qeydiyyatda olanların sayı isə cəmi 4 min 700 nəfər artıb. Bu da o deməkdir ki, işini itirənlərin çoxu işsiz kimi qeydiyyata düşməyib.

Hökumət nə deyir ölkədə bir neçə ildir ki, özünüməşğulluq proqramı ilə 100 mindən çox insan üçün iş açılıb.

Prezident deyir ki, ölkədə işsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə var.

İlham Əliyev son müsahibələrinin birində deyib ki, iş tapmayanların bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə iş axtarmağa davam edirlər.