İD üzvləri 'hərbi təyyarə sürməyi öyrənirlər'

İS
Şəklin alt yazısı, Şahidlər Hələb yaxınlığında döyüşlərdə dəlmə-deşik olmuş təyyarə görüblər.
Çap edildi

İD-ə qoşulmuş iraqlı pilotlar İD üzvlərinə Suriya ərazisində təyyarə sürməyi öyrədirlər, Britaniyada mənzillənən fəallar qrupu bildirib.

Həmin mənbəyə əsasən İD döyüşçüləri 3 hərbi təyarrəni ələ keçirə biliblər.

Suriya İnsan Haqları Müşahidəsi qrupu (SOHR) şahidlərin Hələb yaxınlığındakı hərbi aeroport ətrafında təyyarələrin uçduğunu söylədiklərini bildirib.

Bu arada İraq qüvvələri Tikrit yaxınlığında İD-ə qarşı hücuma keçiblər.

SOHR rəhbərinin sözlərinə görə, İraqda Səddam Hüseyn dövründə qulluq etmiş zabitlər Suriyada İD döyüşçülərinə təyyarə sürmək dərsi keçirlər.

İD
Şəklin alt yazısı, Deyildiyinə görə, İD 3 MiG tipli hərbi təyyarəni ələ keçirib.

Şahidlər təyyarələrin MiG-21 və ya MiG-23 modelinə bənzədiyini söyləyiblər.

Bağdadda BBC-dən Sally Nabil İD-in Hələb və Raqqada Suriya hərbiyyəsinə məxsus 3 hərbi təyyarəni ələ keçirdiyini bildirib.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Patrick Ryder Reuters agentliyinə İD-nin Suriya və digər ərazi üzərindən uçuş əməliyyatı keçirdiyi barədə Pentaqonda məlumatın olmadığını deyib.