Almaniya futbol üzrə dünya çempionu oldu

Çap edildi

Almaniya yığması 2014-cü il Dünya Çempionarının final matçında argentinalıları 1:0 hesabı ilə udub və yeni dünya çempionu olub.

Əsas vaxtda qollar vurulmasa da, əlavə vaxtda Almaniya hücumçusu Mario Götze 113-cü dəqiqədə Argentina yığmasının qapısına qol vurub.

Almaniya üçün bu, artıq qalib olduğu dördüncü Dünya Kubokudur. Ancaq ilk dəfədir ki, Avropa yığması Amerika qitəsində keçirilən dünya çempionatını udub.

Almaniyanın bundan əvvəl qalib gəldiyi Dünya Kuboku 1990-cı ildə, Argentinaya qarşı olub.

O zaman Almaniya Qərbi və Şərqi Almaniyaya bölünmüşdü və çempionatı Qərbi Almaniya adı qazanmışdı.

Mario Götze
Şəklin alt yazısı, Mario Götzenin əlavə vaxtda vurduğu qol Almaniyanın qələbəsini təmin edib
Argentina azarkeşləri
Şəklin alt yazısı, Argentina paytaxtı Buenos Airesdə matçı izləyən azarkeşlər məyusluqlarını gizlədə bilməyib
Almaniya yığması
Şəklin alt yazısı, Bu, Almaniyanın yenidən birləşməsindən sonra qazandığı ilk Dünya Çempionatıdır