Mark Zuckerberg Amerikanın ən böyük xeyriyyəçisidir

Mark Zuckerberg və Priscilla Chan

Şəklin mənbəyi, AP

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberg və onun xanımı Priscilla Chan ABŞ-da Сhronicle of Philanthropy jurnalı tərəfindən 2013-cü ildə ölkənin ən səxavətli xeyriyyəçiləri elan olunublar.

Ər-arvad sosial şəbəkənin 18 milyon səhmini Silicon Valley fonduna ianə edib.

Ümumi dəyəri azı 970 mln dollar səvityyəsində dəyərləndirilən həmin məbləğ 2013-cü ildə ABŞ-da ən iri ianə hadisəsi olub.

Zuckerberg və Chan-ın xeyriyyəçilikdə Bill və Melinda Gates ailəsini geridə qoyduqları da qeyd olunur.