Bakıda bal yarmarkası - şəkillərdə

Yarmarka
Çap edildi

Oktyabrın 15-də Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb. Yarmarkada 8 iqtisadi rayon üzrə 254 arıçı iştirak edib.

Fotoqraf Gülər Abbasova BBC Azərbaycanca üçün tədbirdən şəkillər çəkib.

Yarmarka

Yarmarkaya bu il 71 ton 700 kiloqram bal çıxarılıb. Ötən il bu göstərici 250 tona yaxın olub.

Yarmarka

Bu ilki yarmarkaya məhsullarını çıxaran arıçılar balın ötən ilkinə nisbətən bir qədər baha olduğunu bildirir. Bu il hava şəraitinə görə məhsulun az, lakin çəkilən xərclərin çox olması arıçılıq məhsullarının qiymətlərində artıma səbəb olub.

Balın 1 kiloqramının çəkisi yarmarkada 15-25 manat arası dəyişir. Arıçıların bildirdiyinə görə məhsul üçün çəkilən xərcləri satışdan çətinliklə qazana bilirlər.

Yarmarka
Yarmarka

Qaxlı arıçı Elnarə Həsrətova deyir ki, satışda təmiz akasiya balı yoxdur. Səbəb isə akasiya ağaclarının kəsilməsidir. Az sayda ağaclardan toplanan akasiya balı digər balların qarışığı ilə birgə satışa çıxarılır.

Yarmarka

Lerikli arıçı Əzizağa İbrahimov bu il məhsulun azlığına baxmayaraq keyfiyyətinin yüksək olduğunu bildirir.

Yarmarka

"Ötən il bir yeşik arıdan 8 kq bal ala bilmişdiksə, bu il məhsul 4 kq oldu. Havanın yağmurlu olması bu il məhsuldarlığı aşağı saldı",- Naxçıvanlı arıçı Müşfiq Məmmədov deyir.

Yarmarka

Arıçıların dediyinə görə qiymətlərin bahalaşmasına baxmayaraq alıcılar az deyil.

Yarmarka

Xətai metro stansiyasının yaxınlığında keçirilən yarmarka noyabrın 15-ə kimi davam edəcək.

Yarmarka
Yarmarka