Bakıda yaşayan hindlilərin bayram festivalı - şəkillərdə

Gülər Abbasova
Çap edildi

Bakıda yaşayan hindlilər hər il olduğu kimi Navratri festivalını birlikdə, təntənə ilə qeyd ediblər.

Festivalda hindlilərlə yanaşı, azərbaycanlılar və Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də iştirak ediblər.

Fotoqraf Gülər Abbasova BBC Azərbaycanca üçün tədbirdən şəkillər çəkib.

Festival

Navratri İnduizmin ən böyük festivallarından biridir və ildə beş dəfə qeyd olunur. Sanskritcə "Navratri" doqquz gecə deməkdir.

Festival

Bu günlər ərzində ilahə Durqaya ibadət olunur, dualar oxunur. İnduizmə görə bu günlərdə yer üzərində sülh və firavanlıq bərqərar olur.

Festival

Ən böyük Navratri - Maha və ya Şarad yəni "Böyük Navratri"- payız mövsümündə, ay iki həftəlik olanda keçirilir.

Festival
Festival

Rəqslər, xüsusi ilə rəngli çubuqlarla oynanılan "Dandia" rəqsi festivalın ayrılmaz hissəsidir. Bu rəqslər ən azı iki nəfərlə oynanılır.

Festival

Milli rəqslərdən Qarba da özünəməxsusluğu ilə fərqlənir. Adəti üzrə Navratri məclisində Qarba rəqs geyimi geyinilir.

Festival
Festival

Qarba geyimi ilə yanaşı bu cür təmtəraqlı məclislərdə xanımlar "Lehenqa-çoli" geyimi ilə qatılırlar. Bu əlbisələr geniş ətəklərinin olması və bərbəzəkli dizaynı ilə seçilir. Məhz bu cür dizayn rəqsləri rahat ifa etməyə imkan yaradır.

Festival