Paşinyan azərbaycanlı əsgərlə bağlı ''bir nəfəri işdən çıxarıb"

Videonun alt yazısı, Paşinyan azərbaycanlı əsgərlə bağlı ''bir nəfəri işdən çıxarıb"
Paşinyan azərbaycanlı əsgərlə bağlı ''bir nəfəri işdən çıxarıb"
Çap edildi

Baş nazir Nikol Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktor müavinini işdən çıxarıb.

Rəsmi xəbərdə səbəb barədə məlumat verilməsə də, yerli media qərarın azərbaycanlı əsgərin sərhədi keçməsindən sonra verildiyini bildirir.

Ermənistanda sərhəd qoşunları Təhlükəsizlik Xidməti strukturuna daxildir.

Sentyabrın sonunda sərhədi keçdiyi bildirilən Azərbaycan əsgəri Nəsimi Musayev barəsində iki aylıq həbs qərarı çıxarılıb.

O, dövlət sərhədini qanunsuz keçmək, silahdan istifadə edilməklə ağır bədən xəsarəti yetirmək və digər bir neçə cinayət əməli törətməkdə təqsirli bilinib.

Əsgər Sünikdə 39 yaşlı bir qadını güllələməkdə ittiham olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlayıb ki, Azərbaycan tərəfindən 29 sentybarda bir əsgərin itkin düşdüyü, sərhədi keçə biləcəyi onlara bildirilib.

Əsgərin ailəsi sosial media paylaşımlarında sentyabrdan 26-dan hərbi hissədə olmadığını deyib.

Azərbaycan Baş Prokurorluğu da Nəsimi Musayevin itkin düşməsi faktı ilə bağlı cinayət işi başladığını açıqlayıb.

Ermənistan tərəfi əsgərin oktyabrın 1-də Sünik bölgəsinin Şaki kəndində saxlandığını yazıb.