Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb

Şəklin mənbəyi, FHN (arxiv)
Çap edildi
Oxuma vaxtı: 1 dəq
Ucarda kanalda batdığı deyilən 16 yaşlı yeniyetmənin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yeniyetmə iyulun 10-da Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində batıb.
FHN onun meyitinin bu gün dalğıclar tərəfindən tapılıb çıxarılaraq "aidiyyəti üzrə təhvil verildiyini" bildirib.
Qurum hadisənin araşdırıldığını bildirib.
İyul ayında Azərbaycanda dənizdə, çayda, su anbarında azı 8 nəfər batıb, bir nəfəri isə Balakəndə sel aparıb.



















