Avropada yayın qızmar günləri - şəkillərdə

Qadın hovuzda
Çap edildi

Avropa boyunca isti havalar hökm sürür. Cümə günü Fransanın cənubunda temperatur rekord təşkil edən + 45,9C dərəcəyə çatıb. Bəzi yerlərdə məktəblərdə tədris və iş saatları məhdudlaşdırılıb.

İstilər və quraqlıq, İspaniyanın Kataloniya bölgəsində davam edən yanğınlarla mübarizəni çətinləşdirir.

Məlumatlara əsasən, tibbi yardıma müraciət edənlərin sayı artmaqdadır.

Meteoroloqlara əsasən, temperatur Afrikadan gələn isti hava axınına görə yüksəlib.

Parisdə insanlar
Şəklin alt yazısı, Fransanın paytaxtı Parisdə istilərə görə insanlar Eiffel qülləsi yaxınlığındakı fəvvarələrə üz tuturlar
Parisdə oğlan suya atılır
Milan şəhərində Günəşin şüalarından çətir altında gizlənən turistləri görmək olar
Şəklin alt yazısı, Milan şəhərində Günəşin şüalarından çətir altında gizlənən turistləri görmək olar
İsveçrənin Aare çayı boyunca insanların sayı da artmaqdadır
Şəklin alt yazısı, İsveçrənin Aare çayı boyunca insanların sayı da artmaqdadır
Macarıstan paytaxtı Budapeştdə oğlan suda sərinlənir
Şəklin alt yazısı, Macarıstan paytaxtı Budapeştdə oğlan suda sərinlənir
ağ ayı
Şəklin alt yazısı, İstilərdən əziyyət çəkən yalnız insanlar deyil. Almaniyanın Hanover şəhərində ağ ayı dondurulmuş meyvə kokteylini dişinə çəkir
Fransanın Bordo-Pessak zooparkında yaquar sərin suya dalır
Şəklin alt yazısı, Fransanın Bordo-Pessak zooparkında yaquar sərin suya dalır
İstilər və quraqlıq, İspaniyanın şimal şərqindəki Kataloniya bölgəsində davam edən yanğınlarla mübarizəni çətinləşdirir.
Şəklin alt yazısı, İstilər və quraqlıq, İspaniyanın şimal şərqindəki Kataloniya bölgəsində davam edən yanğınlarla mübarizəni çətinləşdirir.
İspaniyanın La Torre Del Espanyol şəhəri ətrafında baş verən meşə yanğını ən azı 4 min hektar böyüklüyündə əraziyə yayılıb.
Şəklin alt yazısı, İspaniyanın La Torre Del Espanyol şəhəri ətrafında baş verən meşə yanğını ən azı 4 min hektar böyüklüyündə əraziyə yayılıb.

Meteoroloqların proqnozuna görə, Avropada istilər gələn həftənin əvvəlinə kimi davam edəcək.

Həmçinin oxuyun: