Van Jandarm Komandanlığının “super burunları”

Çap edildi

Türkiyənin şərqindəki Van bölgəsində silah, partlayıcı maddə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan Jandarm Komandanlığına 26 itdən ibarət “super burunlar” kömək edir. At və İtlərin Təlim Mərkəzində (JAKEM) xüsusi təlim keçmiş canlılar 9 fərqli sahədə xidmət edir.

İtlər
Şəklin alt yazısı, Van Jandarm Komandanlığının “super burunlar” komandasının 26 üzvü. İtlər axtarış, xilasetmə, asayişin pozulması, narkotik və partlayıcı maddələrlə mübarizə kimi müxtəlif vəzifələrin yerinə yetirilməsində istifadə olunur.
Devran
Şəklin alt yazısı, Devran Van Jandarm Komandanlığı strukturu daxilində xidmət edən “super burunlardan" biridir.
Afra
Şəklin alt yazısı, Bu da Afradır. İtlər insanla müqayisədə 700-800 dəfə artıq iybilmə qabiliyyətinə sahibdir. Bu, onları “super burunlar” adlandırmağa əsas verir.
Racon
Şəklin alt yazısı, Racon tütün axtarışı üzrə ixtisaslaşır.
it və sahibi
Şəklin alt yazısı, Təlimatçılar itlə insan arasında emosional əlaqənin yarandığını deyirlər. Belə bağlılıq xaricində qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi mümkün olmaya da bilər.
İmla
Şəklin alt yazısı, İmla, Van Jandarm Komandanlığında xidmət edən "super burunlar" komandasının üzvüdür.
Risk
Şəklin alt yazısı, Riskin vəzifəsi partlayıcı maddələri tapmaqdır.
Məşq
Şəklin alt yazısı, İtlər xüsusi yerdə məşq edir. Onlar hər an vəzifələrini yerinə yetirməyə hazır vəziyyətdədirlər.
Pati
Şəklin alt yazısı, Pati isə axtarış-xilasetmə üzrə vəzifələri yerinə yetirir.
İt
Şəklin alt yazısı, 2018-ci ildə Van Jandarm Komandanlığında xidmət edən itlərin köməyilə 48 kq narkotik, 5 qumbara, 6 Kalaşnikov avtomatı, döyüş sursatı, 14 patron, 430 ədəd fişəng kimi qanunsuz əşya və maddə aşkar olunub.