Ən yaxşı it şəkli: dünyada ən sevimli kimdir?

köpək
Şəklin alt yazısı, Anjela Belavskayanın şəkilləri bir neçə nominasiyada qiymətləndirilib. "Oynayan köpəklər" kateqoriyasında o, üçüncü yerə layiq görülüb
Çap edildi

Bu həftə Britaniya Kinologiya Assosiasiyası hər il keçirilən "Dog Photographer of the Year" müsabiqəsinin yekunlarını açıqlayıb.

Qalibləri artıq mükafatlandırıblar. Müsabiqədə iştirak edən ev heyvanlarının sosial şəbəkələrdə paylaşılan şəkillərini sizə təqdim edirik.

2006-cı ildən etibarən Britaniyanın "Kennel Club" qurumu fotoqraflara bir neçə nominasiyada mükafat təqdim edir - "Köməkçi itlər", "İtlər iş başında", "Balaca itləri sevirəm" (yeniyetmə fotoqraflar üçün), "İnsanın ən yaxın dostu", "Yaşlı köpəklər", "Portret", "Küçüklər", "Küçə itləri" və "Gənc fotoqraf" (öz ev heyvanlarının şəklini çəkən uşaqlar üçün).

Müsabiqəyə dünyanın hər yerindən şəkillər qəbul edilir: "Kennel Club"-un mətbuat xidməti BBC-yə bildirib ki, bu il assosiasiyaya 70 ölkədən 7 min şəkil daxil olub.

Anastasiya Vetkovskaya
Şəklin alt yazısı, Fars tazının şəklini çəkən rusiyalı fotoqraf Anastasiya Vetkovskaya "Portret" kateqoriyasında birinci mükafata layiq görülüb

Müxtəlif nominasiyalar üzrə finala çıxanlardan üçü rusiyalıdır.

Nadezhda Ivanova
Şəklin alt yazısı, Macarıstan poynterlərini ov zamanı çəkən rusiyalı Nadejda İvanova "İtlər iş başında" nominasiyasında 3-cü yerə çıxıb

Hər bir nominasiyanın qalibi professionalların "Flickr Pro" onlayn-fotocəmiyyətinə pulsuz üzvlük haqqı və "Nikon Scholl"-dan foto kursu qazanır.

Denise Czychocki/Kennel Club
Şəklin alt yazısı, Dəniz Çixoski "Yaşlı köpəklər" nominasiyasında qalib gəlib və müsabiqənin "Qran-pri"sinə layiq görülüb. Onun 14 yaşlı kar iti Merlinin şəklini yağlı boyayla çəkəcəklər

Bütün kateqoriyalar üzrə ilk üç yeri tutan şəkillər 5 iyul - 3 oktyabr aralığında "Kennel Club"-un London bürosunda sərgilənəcək.

LOTTE VAN ALDEREN/Kennel Club
Şəklin alt yazısı, Lotte van Alderen "Küçüklər" nominasiyasında üçüncü yerə layiq görülüb

Heyrətamiz gözəllik

Bu yaxınlarda BBC-nin saytında öz sahiblərinin emosiyalarıyla manipulyasiya etmək üçün itlərin "günahsız baxışlar"dan yararlanmasıyla bağlı məqalə dərc olunmuşdu. Bu bizim sosial şəbəkələrdəki oxuculardan onların ev heyvanlarının şəkillərini istəmək ideyasını doğurdu.

Şəkilllərə görə çox təşəkkür edirik!

Морио
Şəklin alt yazısı, Çelyabinskdən olan Morio küçəyə çıxmaq istədiyini çox aydın şəkildə nümayiş etdirir
Simba
Şəklin alt yazısı, Moskva sakini Simba
Bembi
Şəklin alt yazısı, Basenci Bembi çox şirin görünə bilir
Afina
Şəklin alt yazısı, Odessadan olan taksa Afina hətta gəzinti zamanı da naz edir
Betsi
Şəklin alt yazısı, Limon rəngli biql Betsinin manipulyasiya qabiliyyəti ən yüksək həddədir. Sahibəsi Yuliya deyir ki, köks ötürməsiylə Betsi istənilən buzu əridə bilir
Emilya
Şəklin alt yazısı, Bakılı Emiliya diqqətlə sahibəsinin reaksiyasını izləyir
Labrador
Şəklin alt yazısı, Permdən olan Labrador Qreysi
Basset
Şəklin alt yazısı, Moskvalı basset Böyürtkən