8 Mart Dünya Qadınlar Günü: bunları kişilərə deyərdinizmi?

Qadın rəsmi
Şəklin alt yazısı, Nə dediniz?!...
    • Müəllif, Eva Ontiveros
    • Vəzifə, BBC Ümumdünya Xidməti
  • Çap edildi

Bu sözləri kişilərə deməzdilər. İdmançı, nazir, yoqa təlimçisi, texnologiya sahəsi üzrə sahibkar, şirkət rəhbəri...

Bu qadınların hər biri öz sahəsinin qabaqcılıdır. Amma onlar da çox bəsit cinsi ayrı-seçkiliyə məruz qalıblar.

Kişi olsaydılar, bu cür sözlər eşitməyəcəkdilər.

Onlar yaşadıqlarını #IfIWasAMan ("Mən kişi olsaydım") həştəqiylə paylaşıblar.

Neema Kaseje
Şəklin alt yazısı, Neema Kaseje

Neema Kaseje

Cərrah - "Cərrahi Sistemlər" araşdırma qrupunun rəhbəri - Kenya/İsveçrə

"'Cərrahı gözləyirik dedilər. Onlara cərrahın mən olduğumu söyləmək məcburiyyətində qaldım".

Línea
Soledad Núñez
Şəklin alt yazısı, Soledad Núñez

Soledad Núñez

Paraqvayın keçmiş mənzil tikintisi naziri,siyasətçi və inşaat mühəndisi

"Sən balaca, ağ bir quzusan, siyasətdə nə işin var? Qurdlara yem olarsan".

"31 yaşında nazir təyin olunandan sonra mətbuata verdiyim ilk müsahibədə bu sözləri eşitdim".

Línea
Kendal Parmar
Şəklin alt yazısı, Kendal Parmar

Kendal Parmar

Londondakı "Untapped" adlı texnologiya şirkətinin qurucusu

"Beş uşağın var və texnologiya sektorundasan. Bu, cəsarət istər! Cəsarət sözü mənim axmaq və ya dayaz biri olduğuma işarəydimi?"

Línea
Susie Rodgers
Şəklin alt yazısı, Susie Rodgers

Susie Rodgers, MBE

İngilis paralimpiya üzgüçüsü

"Çox sual verən biriyəm, ona görə də mənimlə işləmək çətindir".

Línea
Maoi Arroyo
Şəklin alt yazısı, Maoi Arroyo

Maoi Arroyo

Sahibkar, Manila, Filippin

"Çox işgüzarsan. Belə görünür, ailə qurmaq fikrin yoxdur".

Línea
Lisa MacCallum
Şəklin alt yazısı, Lisa MacCallum

Lisa MacCallum

"Inspired Companies" şirkətinin qurucusu və "Nike" şirkətinin keçmiş rəhbəri, Avstraliya

"Şirkətimizi gözəllik yarışmasında təmsil edə bilərsənmi?"

Línea
Ayla Majid
Şəklin alt yazısı, Ayla Majid

Ayla Majid

Pakistanlı maliyyə eksperti, "Khalid Majid Rehman" şirkətində Maliyyə Məsləhətləri Xidmətinin müdiri

Bir televiziya müsahibəsində ona belə demişdilər: "Zəhmət olmasa, bir az da ekranda qalın? Reytinqimiz artır".

Línea
Karen Blackett
Şəklin alt yazısı, Karen Blackett

Karen Blackett, OBE

İngiltərədəki" MediaCom UK" və" WPP UK Country" şirkətlərinin rəhbəri

"Möhtəşəm bioqrafiyanız var, amma sanki uğurlarınız şirkətə yox, sizə təsir edib..."

Línea
Nino Zambakhidze
Şəklin alt yazısı, Nino Zambaxidze

Nino Zambakhidze

Kənd təsərrüfatı, ticarət və distribütor fəaliyyəti üzrə mütəxəssis, Gürcüstan Biznes Bölgəsi və Fermerlər Birliyinin qurucusu

"Gözəlliyiniz beyninizdə yatır" və ya "Hamı kimi deyilsiniz, qeyri-standart tipiniz var".

Línea
Belinda Parmar
Şəklin alt yazısı, Belinda Parmar

Belinda Parmar, OBE

Texnologiya sahəsi üzrə sahibkar, " The Empathy Business" şirkətinin qurucusu

"Bəzən Belindanın özünə inamı normadan çox olur". Hər hansı kişinin buna görə tənqid edildiyini heç görmədim".

Línea
Husna Lawson
Şəklin alt yazısı, Husna Lawson

Husna Lawson

Administrativ işlər üzrə məsləhətçi və informasiya təhlükəsizliyi üzrə ekspert. Banqladeş

"O-o, sən kiber-təhlükəsizlik konsepsiyasını çox yaxşı qavramısan!"

"Kriptoqrafiya üzrə təhsil aldığını unutmuşdum". Başqa bir dəfə də "Əməkdaşlıqlara çox önəm verirsiniz. Effektli olmaq üçün daha çox israr etməlisiniz".

Línea
Andrea Cooper
Şəklin alt yazısı, Andrea Cooper

Andrea Cooper

Strategiya meneceri və yoga təlimçisi, İngiltərə

"Kişilərin qadınları "təbii fəlakət" hesab etmələrinə çox təəccüblənirəm. Bir dəfə bir kişidən başqa bir kişi haqqında belə deyib-demədiyini soruşdum, "Eee, xatırlamıram, yox" dedi".