Nigeriya: Boko Haramın oğurladığı qızlardan "biri tapılıb"

Çap edildi

Nigeriyada Boko Haram islamçı qruplaşması tərəfindən qaçırılmış qızlardan biri aşkar edilib, fəallar bildirir.

Bu, oğurlanmış məktəblilər arasından tapılmış ilk qızdır.

Nigeriyanın şimal-şərqində 2014-cü ilin aprel ayında məktəbli qızların oğurlanmasından sonra hələ də 218 məktəbli qızın yeri məlum deyil.

Fəalların BBC-ə verdiyi məlumata görə Əminə, Əli Nkeki adlı qız çərşənbə axşamı Kamerunla sərhədə yaxın meşəlikdə tapılıb.

Qızlar islamçı Boko Haram qruplaşması tərəfindən oğurlanmışdı.

Əminənin mülki döyüşçü tərəfindən tapıldığı bildirilir.