Peyk görüntülərində Boko Haram-ın "törətdiyi dağıntılar"

Çap edildi

Boko Haram silahlılarının hücumuna məruz qalan Nigeriya şəhərlərinin peykdən çəkilən görüntüləri dağıntı və qətllərin yer aldığını güman etməyə əsas verir, Amnesty İnternational bildirir.

Hüquq müdafiə təşkilatının məlumatına əsasən yanvar ayı ərzində silahlıların Baqa və Doron Baqaşəhərlərinə basqınları nəticəsində 3 min yarımdan artıq bina uçurulub.

Yerli sakinlər Boko Haram hücumlarında 2 min adamın qətlə yetirildiyini deyirlər.

Hərçənd ki, rəsmi məlumatlarda 150 adamın öldürüldüyü göstərilir.

Şəkillər basqınlardan salamat çıxan adamların ifadələrilə müşayiət olunur.

Hücumların qəddarlığını qeyd edənlər, yaşlı qadın və uşaqların öldürüldüyünü deyirlər.

Boko Haram qrupu Nigeriyanın şimalı ilə yanaşı qonşu Çad və Kamerun ərazilərində xilafət yaratmaq niyyətində olduğunu bildirir.

Təşkilat müsəlmanların Qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq qadağan edir.

Boko Haram
Şəklin alt yazısı, Şahidlər Boko Haram hücumlarında göstərilən qəddarlığı bildirirlər.