Londonda və Parisdə etirazlar polislə qarşıdurmaya gətirib çıxarıb - şəkillər

Parisdəki etirazçılar polis qəddarlığına son qoyulmasını tələb ediblər
Şəklin alt yazısı, Parisdəki etirazçılar polis qəddarlığına son qoyulmasını tələb ediblər
Çap edildi

London və Parisdə "Black Lives Matter" şüarı altında keçirilmiş etirazların iştirakçıları, eləcə də polis zorakılığı və irqçiliyə qarşı çıxan fəallarla onların aşırı sağçı opponentləri və polis arasında toqquşmalar olub.

Kütləvi nümayişlər keçirməmək barədə rəsmilərin çağırışlarına baxmayaraq minlərlə insan şənbə günü Londonun mərkəzinə axışıb. Etirazçılarla polis arasında qarşıdurma olub, xəsarət alanlar barədə məlumatlar var.

Parisdə isə Black Lives Matter hərəkatının və solçu fəalların təşkil etdiyi icazəsiz yürüşü dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. "Ədalət yoxdursa - barışıq yoxdur" şüarı altında keçirilən aksiyada 15 mindən çox insan iştirak edib, aksiya iştirakçıları polisə daş atıblar.

Londonda toqquşmalar şəhərin müxtəlif rayonlarında baş verib
Şəklin alt yazısı, Londonda toqquşmalar şəhərin müxtəlif rayonlarında baş verib
Winston Churchill-in Parlament Meydanındakı heykəlinə qoruyucu bir qutu taxılıb
Şəklin alt yazısı, Winston Churchill-in Parlament Meydanındakı heykəlinə qoruyucu bir qutu taxılıb
Əsas toqquşmalar Trafalgar meydanında baş verib
Şəklin alt yazısı, Əsas toqquşmalar Trafalgar meydanında baş verib
Müşahidəçilərə görə, etirazçıların çoxu sərxoş olub və özünü aqressiv aparıblar
Şəklin alt yazısı, Müşahidəçilərə görə, etirazçıların çoxu sərxoş olub və özünü aqressiv aparıblar
Trafalgar meydanında polisə fişəng və tüstü püskürdən əşyalara atılıb
Şəklin alt yazısı, Trafalgar meydanında polisə fişəng və tüstü püskürdən əşyalara atılıb
Şənbə günü minlərlə etirazçı parlament binası qarşısına toplaşıb
Şəklin alt yazısı, Şənbə günü minlərlə etirazçı parlament binası qarşısına toplaşıb
Whitehall-da etirazçılar polislə toqquşub
Şəklin alt yazısı, Whitehall-da etirazçılar polislə toqquşub
Cenotaph yaxınlığında da polislə etirazçılar arasında qarşıdurma olub
Şəklin alt yazısı, Cenotaph yaxınlığında da polislə etirazçılar arasında qarşıdurma olub
Toqquşmalar xəsarət alanlar olub
Şəklin alt yazısı, Toqquşmalar xəsarət alanlar olub
"Qaradərili insanın da həyatı insan həyatıdır" hərəkatının üzvləri Londonun mərkəzində yürüş ediblər
Şəklin alt yazısı, "Qaradərili insanın da həyatı insan həyatıdır" hərəkatının üzvləri Londonun mərkəzində yürüş ediblər
Bəzi hallarda bir-birinə qarşı olan qrupların fəalları arasında ünsiyyət dinc keçib
Şəklin alt yazısı, Bəzi hallarda bir-birinə qarşı olan qrupların fəalları arasında ünsiyyət dinc keçib