Şəkillərdə: Azərbaycan və dünyada Ramazan bayramı necə qeyd edilib?

Azərbaycanda koronavirusa görə məscidlərdə bayram namazı qılınmayıb.
Şəklin alt yazısı, Azərbaycanda koronavirusa görə məscidlərdə bayram namazı qılınmayıb.
Çap edildi

Ramazan ayının karantin və sosial məsafə ilə keçməsindən sonra dünya müsəlmanları Ramazan bayramını qeyd edirlər.

"Orucun bitməsi festivalı" İslamın əsas iki bayramından biridir. O, müqəddəs orucluq ayı sayılan Ramazanın son günündə ayın görünməsi ilə başlayır.

Lakin koronavirus məhdudiyyətlərinin tətbiq olunması ilə builki Ramazan bayramı bir çoxları üçün fərqli görünə bilər.

Orucluq ayının başlanması ayın görünməsindən asılı olduğu üçün, Ramazanın birinci günü müxtəlif ölkələrdə fərqlənə bilər.

Məsələn, Somali və Keniya bayramı şənbə günündə qeyd etməyə başlayıb. İndoneziya və Taylandda isə bu, bazar günü qeyd olunub.

Dünyanın bəzi yerlərində isə müsəlmanlar hələ də oruc tutur və bazar ertəsinə qədər Ramazan bayramını qeyd etməyəcəklər.

Azərbaycanca isə Ramazan bayramı mayın 24-də qeyd olunub.

May ayının sonuna təsadüf edən Ramazan bayramı Azərbaycanda 28 May günü ilə arxa-arxaya düşdüyü üçün səkkiz günlük qeyri-iş günü elan olunub.

İndoneziyadakı bəzi ibadətçilərin namaz qılmadan əvvəl hərarətləri yoxlanılıb
Şəklin alt yazısı, İndoneziyadakı namazdan əvvəl bəzi ibadətçilərin hərarətləri yoxlanılıb
İndoneziyanın Banda Aceh bölgəsindəki bu məsciddə insanlar toplaşıb.
Şəklin alt yazısı, İndoneziyanın Banda Aceh bölgəsindəki bu məsciddə insanlar toplaşıb.
Fələstinlilər koronavirusun yayılması ilə bağlı qorxularına baxmayaraq bazar günü səhər namaz qılıblar
Şəklin alt yazısı, Fələstinlilər koronavirusun yayılması ilə bağlı qorxularına baxmayaraq bazar günü səhər namaz qılıblar
Səhiyyə sistemi pandemiyadan əvvəl də təzyiq altında olan, əhalinin sıx məskunlaşdığı ərazi virusla əlaqədar ilk ölümü şənbə günü elan edib.
Şəklin alt yazısı, Səhiyyə sistemi pandemiyadan əvvəl də təzyiq altında olan, əhalinin sıx məskunlaşdığı ərazi virusla əlaqədar ilk ölümü şənbə günü elan edib
Şərqi Afrikanın Cibuti Respublikasında ibadətçilər bazar günü namaz qılarkən
Şəklin alt yazısı, Şərqi Afrikanın Cibuti Respublikasında ibadətçilər bazar günü namaz qılarkən
Romada işçi heyət ibadətçilərin hərarətini ölçmək üçün termoskannerlərdən istifadə edib.
Şəklin alt yazısı, Romada işçi heyət ibadətçilərin hərarətini ölçmək üçün termal skanerlərdən istifadə edib.
Pakistanın Pişəvər şəhərində işçilər Covid-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri aparırlar
Şəklin alt yazısı, Pakistanın Pişəvər şəhərində işçilər Covid-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri aparırlar
Üz maskası taxmış könüllülər Qroznıdakı Çeçenistan məscidinin girişində əlcək paylayıblar
Şəklin alt yazısı, Üz maskası taxmış könüllülər Qroznıdakı məscidin girişində əlcək paylayıblar
Tehranda insanlar qoruyucu əlcək və maskalardan istifadə edib, sosial məsafəni qoruyublar
Şəklin alt yazısı, Tehranda insanlar qoruyucu əlcək və maskalardan istifadə edib, sosial məsafəni qoruyublar
Lakin digər ölkələr hələ də böyük izdihamın toplaşdığının şahidi olub. Bu görüntü Albaniyadakı ibadətçiləri göstərir
Şəklin alt yazısı, Lakin digər ölkələr hələ də böyük izdihamın toplaşdığının şahidi olub. Bu görüntü Albaniyadakı ibadətçiləri göstərir

Bütün fotoların müəllif hüquqları qorunur.