"Qüllənin gözü" və XXI-ci əsrin qəbiristanlığı: Art of Building müsabiqəsinin mükafatçıları

Çap edildi

Memarlıq fotoqrafiyası üzrə Art of Building Beynəlxalq müsabiqəsiтшт 12 qalibinin adları açıqlanıb. BBC qəlibəyə layiq görülmüş işləri dərc edir.

Снимок "Глаз башни"
Şəklin alt yazısı, "Qüllə gözü" adlı işin müəllifi Mehmet Yasadır. Bu şəkil İtaliyada, Verona şəhərində zəng qülləsində çəkilib.
Мужчина в мечети в Куала-Лумпуре
Şəklin alt yazısı, Hanqing Qu bu şəkli Malayziyanın baş məscidi sayılan Neqara milli məscidində çəkib.
Культурный центр Оскара Нимейера в городе Авилес
Şəklin alt yazısı, İspaniyanın şimalında yerləşən Aviles şəhərində Mədəniyyət Mərkəzinin binası fonunda gənc vilosipedçi. Bu fotonun müəllifi Hans Wichmann hesab edir ki, binanın memarı Oscar Niemeyer müasirliklə köhnə sənaye zonasına xas olan landşaft arasında optimal mütənasiblik tapa bilib.
Французское мемориальное сооружение
Şəklin alt yazısı, Francis Meslet Fransada Birinci Dünya Müharibəsinin yüzilliyinə həsr olunmuş memorialda belə bir şəkil çəkib.
Театр в городе Бар-ле-Дюк, Франция
Şəklin alt yazısı, Linda van Slobbe müsabiqəyə təqdim etdiyi fotonu Fransanın Bar-le-Duc şəhərindəki tarixi teatrda çəkib. "Bu teatrın heyrətamiz dekorasiyaları var," - müəllif deyir.
Заброшенное школьное здание во Фресно
Şəklin alt yazısı, "Yoxa çıxan Qərb" silsiləsindən olan bu fotonu Robert Cassway ABŞ-ın Montana ştatında, Fresno şəhərində çəkib.
Неоготический собор Сент- Эндрю в Сингапуре
Şəklin alt yazısı, Neoqotika üslubunda layihələndirilmiş St Andrew's kilsəsi Sinqapurda 19-cu əsrdə inşa edilib. Bu şəklin müəllifi fotoqraf Andrean Hadhianto Kwee-dir.
Заброшенная стройка торгового центра в Рязани
Şəklin alt yazısı, Rusiyalı müəllif Pyotr Starovun şəkdiyi şəklin adı belədir: "XXI-ci əsrin qəbiristanlığı". Fotoda Ryazan şəhərində ticarət mərkəzinin inşası üçün ayrılmış meydançada tikintinin dondurulduğu göstərilib.
Снимок дорог в китайской провинции Гуандонг Guo Ji Hua's image of these roads in Guangdong,
Şəklin alt yazısı, "Kəsişən körpülər valsı", - fotoqraf Guo Ji Hua bu şəkli Çinin Guangdong vilayətində dron vasitəsilə çəkib.
"Геометрическая концепция" фотографа Дмитро Левчука
Şəklin alt yazısı, Dmitro Levçuk bu fotonu Dubayda yaşayış binasının foyesində çəkib. Şəkil belə adlanır: "Həndəsə konsepsiyası"
Архитектурное здание в Иране
Şəklin alt yazısı, Hossein Younesi çəkdiyi fotosunda İrandakı müasir yaşayış binasının maraqlı arxitekturasını əks etdirib.
Фотография на станции метро в Нью-Йорке Gautam Kamat Bambolkar New York,
Şəklin alt yazısı, New York şəhərindəki metro stansiyalarından birinə giriş. Divar və tavan boyu uzanan kabel boruları fotoqraf Gautam Kamat Bambolkar-ın diqqətini çəkib. "Metro stansiyasına giriş müdhiş mağaraya girişə bənzəyirdi", - fotoqraf deyir.

Art of Building fotomüsabiqəsi Britaniyanın Kral İnşaat İnstitutunun dəstəyi ilə keçirilir.