Şəkillər: İlin Quş Fotoqrafı

Çap edildi

Fotomüsabiqədə quşların gündəlik həyatını əks etdirən şəkillər arasında seçim aparılıb.

Flaminqolar balalarını yemləyir
Şəklin alt yazısı, Alejandro Prieto Rojas bu görüntüyə görə İlin Quş Fotoqrafı mükafatına layiq görülüb. Şəkildə balalarına yem verən flaminqolar təsvir olunub. Hadisənin baş verdiyi yer - Rio Lagartos kəndi, Meksika.
Saqqallı arıquşu
Şəklin alt yazısı, Markus Varesvuo bu fotoya görə Best Portfolio nominasiyasında mükafata layiq görülüb. Şəkildə saqqallı arıquşu qış Günəşi fonunda çəkilib.
Tülkü üzərindən uçan quşlar
Şəklin alt yazısı, "Essex-də, Pitsea zibilliyində qağayıları gözətləyirdik, - Gabor Kapus xatırlayır. - Kameranı əvvəlcədən quşlar olan tərəfə tuşlamışdıq. Birdən, sağ tərəfdən tülkü gəlib, kameranın qarşısına çıxdı. Tülkünün bu hərəkəti quşları hürkütdü, onlar havaya qalxdı, mən isə həmin anı lentə aldım."
Andea kondoru
Şəklin alt yazısı, Ben Hall Çilidə, Torres del Paine Milli Parkında, And kondorunu lentə alıb.
Qırmızı çalağan
Şəklin alt yazısı, "Qırmızı çalağanı kameraya çəkmək əngəlli bir işdir, - Jamie Hall deyir. - Bu fotonu çəkmək üçün kameramı ölü bir qurdun yaxınlığında qurmuşdum. Çalağan qurdu dimdikləyəndə, məsafədən, təxminən 40 metr olardı, idarə pultu ilə kameranı işə saldım. Çalağan heç zaman yerə qonmur. Qurdu götürmək üçün sadəcə sürətini azaltmışdı".
Suda durna dəstəsi
Şəklin alt yazısı, Polşanın qərbində, Odra vadisində yerləşən bataqlıq ərazidə çəkilən şəkil - suda durna dəstəsi
Avstraliya qutanı
Şəklin alt yazısı, Bret Charman bu Avstraliya qutanını manqrov bataqlığında çəkib. "Şəkil istədiyim kimi alındı - quşun iti təsviri suyun üzündəki su sıçrantıları fonunda", - Bret Charman deyib.
İki qaşqaldaq
Şəklin alt yazısı, Derbyshire-də, Andrew Parkinson iki qaşqaldağı maraqlı anda lentə ala bilib - iki quş arasında əraziyə nəzarət uğrunda dava-dalaş getdiyi zaman. Quşlar şəfəq işığı fonunda lentə alınıb.
Ördək
Şəklin alt yazısı, Bu şəkil Norveçdə, Trondelag tərsanəsində Pal Hermansen tərəfindən çəkilib. Şəkildə ördəklər fəsiləsinə aid olan Şimal dənizi ördəyi suda üzən vəziyyətdə təsvir olunub.
Ağacdələn
Şəklin alt yazısı, Sinqapurda Kelvin Dao bu ağacdələni quş avtomobilin güzgüsünə baxdığı zaman lentə alıb.
Birəbitdənlər
Şəklin alt yazısı, Weber Marc yuvalarına qayıdan birəbitdən quşlarını lentə alıb. "İnanılmaz bir tamaşa idi. Ekspozisiyanı maksimal həddə keçirmişdim. Quşların hərəkətdə olduğunu təsvir etmək istəyirdim. Quşların qanadından süzən Günəş işığı inanlmaz bir effekt yaradıb".