Döyülmə fotosu paylaşılan qadının başı kəsilərək öldürüldüyü iddia edilir

domestic violence

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Xəbərdarlıq: bu xəbərdə sarsıdıcı ola biləcək fotolar və mətn var.

Bir müddət əvvəl əri tərəfindən döyüldüyü deyilən Sevinc Məhərrəmovanın başı kəsilərək öldürüldüyü iddia olunur.

Onun bədənində qançır izlərini göstərən fotosu bir müddət əvvəl sosial mediada yayılmışdı.

Qadın hüquqları fəalı Gülnarə Mehdiyeva BBC News Azərbaycancaya deyib ki, bu barədə ona Sevincin yaxınları deyib və o, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşıyla danışıb.

Sevinc Məhərrəmova

Şəklin mənbəyi, Sevinc Məhərrəmova

Gülnarə Mehdiyevanın sözlərinə görə, Sevinc Məhərrəmovanın bacısı ona bildirib ki, əri qadının başını kəsib.

Sevinc Məhərrəmova bir neçə ay öncə əri tərəfindən döyüldüyü üçün evdən qaçmışdı.

Baş Prokurorluq BBC News Azərbaycancaya hadisənin araşdırıldığını açıqlayıb.

Xəbər yenilənir.