Zəfər paradında əsgərlərin marşı, yeni silah və hərbi texnika - şəkillərdə

Çap edildi

Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsinə həsr olunmuş Zəfər paradında hərbi bölmələrin marşı, silah və texnika növləri, habelə döyüşlərdə ələ keçirilmiş hərbi qənimətlər nümayiş etdirilib. BBC News Azərbaycanca hərbi təntənələri əks etdirən bəzi fotoşəkilləri bir araya gətirib.

Hərbçilərin marşı
Şəklin alt yazısı, Dekabrın 10-da Bakının mərkəzindəki Azadlıq meydanında keçirilən paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirak etdiyi bildirilir. Paradda raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və müxtəlif silah növləri nümayiş etdirilib
Meydanda texnika kolonu
Hərbçilər
Şəklin alt yazısı, Azadlıq meydanında marşla keçən müxtəlif ordu bölmələrini görmək olardı
Əsgərlər
Asgərlər
Şəklin alt yazısı, Azərbaycan hərbçiləri ilə yanaşı paradda Türkiyə hərbi bölmələri də iştirak edib
İlham Əliyev
Şəklin alt yazısı, Paradda nitqlə çıxış edən Prezident İlham Əliyev deyib ki, "müharibənin getdiyi 44 günün hər günü azərbaycanlılar üçün şanlı tarixdir".
Erdoğan və Əliyev
Şəklin alt yazısı, Zəfər paradını Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Türkiyə Prezidenti Receb Tayyip Erdoğan və iki ölkənin dövlət və hökumət rəsmiləri izləyiblər
PUA
Şəklin alt yazısı, Parad vaxtı Azərbaycan ordusunun silahları nümayiş etdirilib. Bu, Türkiyə istehsalı olan Bayraktar-2 PUA-sıdır
İnsanlar hərbi maşın fonunda
Zirehli maşın üzərində əsgər
Hərbi texnika
İnsanlar əsgərləri alqışlayır
Təyyarələr
Şəklin alt yazısı, Parad günü paytaxt üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlər uçublar
Helikopterlər