Xankəndi və Laçında həyat - Şəkillər

Çap edildi

Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmaya əsasən, Ağdam və Kəlbəcər əraziləri Azərbaycana qaytarılıb. Dekabrın 1-nə qədər Laçın rayonunun da Azərbaycana verilməsi gözlənilir.

Bəs görəsən, hazırda Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdə nələr baş verir? BBC News Azərbaycanca bu bölgələrdə çəkilən şəkilləri bir araya gətirib.

Kişi uşaqları qucaqlayır
Şəklin alt yazısı, Yerevandan Xankəndinə gələrkən qohumları ilə görüşən erməni sakini uşaqları qucaqlayır
Margarita Khanaghyan
Şəklin alt yazısı, 81 yaşlı Marqarita Xanağyan Laçında yolu keçir
Qadın
Şəklin alt yazısı, Laçında qadın yük maşınında daşınan atların yanından keçir, AFP müxbiri bu səhnəni 26 noyabrda müşahidə edib
Erməni kəndliləri
Şəklin alt yazısı, Laçının Zabux kəndində kamuflyaj geyimli könüllü keşik çəkir
Kişi
Şəklin alt yazısı, Xankəndindəki bağında xurma yığan kişi. Şəkil 24 noyabrda çəkilib
Zabux kəndi
Şəklin alt yazısı, Zabux kəndinin bələdiyyə sədri Andranik Çavuşyan
Hərbçi
Şəklin alt yazısı, Xankəndindəki küçə bazarında meyvə alan hərbçi
Bazarda satıcı
Şəklin alt yazısı, Xankəndinin küçə bazarında toyuq və turşu satan satıcı