Ağdam işğalının son günündə çəkilən fotolar: Erməni hərbçiləri və mülkilər şəhəri necə tərk etdilər?

Şəklin mənbəyi, AFP/Getty images
Şəklin alt yazısı, Papravənd kəndində od vurulan evÇap edildi
Ötən həftə Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanan razılaşma Dağlıq Qarabağdakı hərbi qarşıdurmaya son qoyub.
Bu razılaşmaya uyğun olaraq, Ağdam rayonu Azərbaycana qaytarılıb.
Ərazi üzərində nəzarət Azərbaycana keçənə qədər erməni hərbçiləri ilə mülkilər şəhəri tərk edib. Bu arada bəzi tikililərə od vurulub.
BBC News Azərbaycanca bu anları əks etdirən görüntüləri bir araya gətirib.

Şəklin mənbəyi, AFP/Getty images
Şəklin alt yazısı, Hərbi yük maşını ilə Ağdamı tərk edən erməni əsgərləri. Bu ərazilər 1993-cü ildən bəri erməni qüvvələrinin işğalı altında qalıb
Şəklin mənbəyi, AFP/Getty images
Şəklin alt yazısı, AFP müxbiri bu mənzərəni Əsgəran yaxınlığında qurulan Rusiya sülhməramlıların yeni yaratdığı nəzarət məntəqəsində müşahidə edib
Şəklin mənbəyi, AFP/Getty images
Şəklin alt yazısı, Qadın 1993-cü ildə işğal olunmuş Ağdamın Papravənd (Nor Karmiravan) kəndini tərk edərkən əşyalarını maşına yükləyir
Şəklin mənbəyi, AFP/Getty images
Şəklin alt yazısı, Ağdam şəhərində hərbi qərargahı tərk edən erməni hərbçiləri maşına qutuları yükləyirlər
Şəklin mənbəyi, AFP/Getty images
Şəklin alt yazısı, Papravənd kəndi yaxınlığında camış sürüsünü yolun kənarına qovan erməni mülkisi
Şəklin mənbəyi, AFP/Getty images
Şəklin alt yazısı, Əşyalarla dolu yük maşını Papravəndi tərk edir
Şəklin mənbəyi, AFP/Getty images
Şəklin alt yazısı, Papravənd kəndində od vurulub yandırılan evləri görmək olar