"Açıq qapılar" mövzusunda şəkilləriniz

Çap edildi

Dünyanın hər yerindən BBC oxucularının “açıq qapılar” mövzusunda göndərdikləri ən maraqlı fotoşəkilləri təqdim edirik.

Açıq qapı və pəncərələri olan köhnə ev
Şəklin alt yazısı, Rachael Blakey: "Kanadanın New Brunswick şəhərində tərk edilmiş bir evdə açıq qapı."
İt qapının dəliyindən baxır
Şəklin alt yazısı, Tricia Ryan: "Noyabr soyuğunda Dorset şəhərindəki bu Magic adlı biql iti gəzintiyə çıxmağa razılıq verib-verməməzdən əvvəl havanı yoxlayır."
İlk paraşütlə tullanma sınağına hazırlıq
Şəklin alt yazısı, Harald Loeffler: "Paraşütlə ilk dəfə tullanmağa hazırlaşan bir ailə üzvləri qapıların onlara mane olacağı və azı qapılardan birinin lazımsız olduğu qənaətinə gəliblər."
İnsanlar kilsəyə girirlər
Şəklin alt yazısı, Robert Horner: "Bir cüt bağlı qapı içərisində bir cüt açıq qapı, Malaqa, İspaniya."
Toxuculuq edən qadın
Şəklin alt yazısı, Elizabeth Roach: "Nova Scotia-da yerləşən Louisbourg Milli Tarix qoruğu kompleksi. Turist axını başlamamışdan əvvəl bağa gözətçilik edən qadın sakitlikdə toxuduğu əl işindən zövq alır."
Paltaryuyan maşınlar
Şəklin alt yazısı, Lindsey Rolfe: "San Francisco şəhərindəki camaşırxanada bazar günü gecə vaxtı bütün paltaryuyan maşınlar boş və qapıları açılmış vəziyyətdədir"
Pişik qapının ağzından içəriyə baxır
Şəklin alt yazısı, Olga Arune: "İçəriyə buraxın!"
Meşədə qapılar
Şəklin alt yazısı, Kristine Zlamete: "Latviyadakı meşəyə dramatik təsir bağışlayan giriş qapıları."
Qapının arxasında silkələnən süpürgə
Şəklin alt yazısı, Jennie Meakin: "Silkələ onu. Bari şəhərində küləkli küçələrlə gedərkən vaxtaşırı evlərini süpürən sakinlərə rast gəlmək olar. Qapılardan qəflətən süpürgə görünür, qəfil göründüyü kimi də dərhal yox olur."
Çöldə qapıdan keçən adam
Şəklin alt yazısı, Jane Thakker: "Qırğızıstanın Suusamır vadisində yerləşən hotelin ərazisində gözlənilməz bir qapı."
Çimərlik köşkündə dincələnin ayaqları
Şəklin alt yazısı, Kevin Munt bu fotonu çimərlikdə çəkib.
Quzular
Şəklin alt yazısı, Tim Rishton: "Qarlı qış havasından sonra quzuları bayıra buraxmaq üçün qapının açılması anı; birinci olmaq uğrunda kəskin rəqabət."