SOCAR-ın keçmiş ticarət rəhbəri ilə bağlı istintaq davam edir

neft, Azərbaycan

Şəklin mənbəyi, Getty Images

Çap edildi
Oxuma vaxtı: 2 dəq

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Ticarət Departamentinin keçmiş rəhbəri Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir, onun vəkili BBC-yə bildirib.

Şaiq Mirzayev deyib ki, Əhmədzadəyə qarşı irəli sürülmüş ilkin ittihamlar qüvvədə qalır, lakin o bu ittihamların nədən ibarət olduğunu açıqlamaqdan imtina edib.

Cənab Əhmədzadə ötən ilin sentyabrında həbs olunub. Həmin vaxt onun vəkili BBC Azərbaycancaya demişdi ki, müştərisi ağır cinayətlər törətməkdə şübhəli bilinir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube kanalımızda baxın.

Hökumətyönlü media orqanları iddia ediblər ki, cənab Əhmədzadə Azərbaycanın "Azeri Light" markalı xam neftini Rusiya mənşəli xam neftlə qarışdırmaqda ittiham olunur.

Həmçinin onun Azərbaycanın iqtisadi təhlükəsizliyini sarsıdan hərəkətlərdə və iri həcmli mənimsəmədə ittiham edildiyi barədə məlumatlar yayılıb. Bununla belə, bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.

Media məlumatlarına görə, Azərbaycanda hakimiyyət bu iddia olunan hərəkətlərin ölkınin neft sənayesinin beynəlxalq nüfuzuna və bazar şəffaflığına zərər vurduğunu hesab edir.

Cənab Mirzəyev istintaqın məxfiliyini əsas gətirərək müştərisinin ittihamlara münasibəti barədə şərh verməkdən imtina edib. Vəkil yalnız onu bildirib ki, cənab Əhmədzadənin səhhəti yaxşıdır.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Həbsdən sonra cənab Mirzəyev BBC-yə bildirib ki, saxlanılma gözlənilməz olub.

"Adnan Əhmədzadə uzun illər SOCAR strukturunda çalışmış, tanınmış iş adamıdır. Təbii ki, bu hadisə onun üçün gözlənilməz idi", – deyə Şaiq Mirzəyev qeyd edib. "Buna baxmayaraq, o, dözümlülük nümayiş etdirir, istintaqa ifadələr verir və istintaq hərəkətlərində iştirak edir".

Rəsmi mənbələr bildirir ki, cənab Əhmədzadə 1998-ci ildən 2023-cü ilə qədər SOCAR-da bir sıra yüksək vəzifələrdə çalışıb.

Karyerasının son illərində o, şirkətin beynəlxalq investisiya və satış əməliyyatlarına cavabdeh olub.

Ötən ilin iyul ayında BP bildirib ki, Azərbaycan hökuməti tərəfindən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Rumıniya və İtaliyaya satılan neftdə zərərli hesab olunan xloridlər aşkar edib.

Cənab Əhmədzadə əvvəllər dəbdəbəli həyat tərzi və yüksək səviyyəli xarici şəxslərin, futbolçuların və digər tanınmış insanların Azərbaycana səfərlərini təşkil etməsi ilə də ictimaiyyətin diqqətini çəkib.

O, geniş şəkildə hakimiyyətə sadiq şəxs kimi tanınıb.

Düzəliş qeydi(13 May 2026):

Bu məqalənin ilkin versiyasında Adnan Əhmədzadə barədə dərcdən əvvəl təsdiqlənməmiş məlumatlar yer almışdı və bu detallar çıxarılaraq düzəliş edilib. Həmçinin məqalə cənab Əhmədzadənin vəkilinin sitatları ilə yenilənib.