Şəkillərdə: Baham adalarında Dorian qasırğasının törətdiyi dağıntılar

Çap edildi

Dorian qasırğasından sağ çıxmış yüzlərlə insan Baham adalarını tərk edib. Minlərlə insan isə qasırğanın dağıtdığı adaları tərk edəcəklərini gözləyirlər.

Baham

Bu həftənin əvvəli Baham adalarında baş vermiş qasırğa ciddi dağıntılara və humanitar böhrana səbəb olub.

Baham

Rəsmi rəqəmlərə görə qasırğa nəticəsində azı 43 nəfər həlak olub. Lakin bu rəqəmin artacağı gözlənilir.

Baham

Minlərlə insan evakuasiya üçün növbəsini gözləyir. Bir çox insan "xaotik" vəziyyətdən və təxliyənin gecikməsindən şikayət edib.

Baham

Hazırda birinci kateqoriyalı Dorian qasırğası Şimali Amerikanın Atlantik dənizi sahillərində cərəyan edir.

Baham

Dorian qasırğası bu ərazilərdə iki gün davam edib.

Baham

Rəsmilərin bildirdiyinə görə yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ölü sayı "dəhşətli" həddə çata bilər.